IMG-LOGO

İlon Mask 2026-cı ilə qədər 1000 nəfərə çip taxacaq

16.07.2024 08:27 51 baxış
IMG

İlon Mask, 2026-cı ilə qədər Neuralink beyin çiplərini 1000-dən çox insana implantasiya etməyi hədəflədiklərini açıqlayıb.

Lent.az xəbər verir ki, İlon Maskın beyin-kompüter interfeysləri üzərində çalışan Neuralink şirkəti qarşısına 2026-cı ilə qədər 1000-dən çox xəstəyə çip implantasiyası kimi iddialı hədəf qoyub.

Hazırda beyninə Neuralink çipi implantasiya edilmiş cəmi bir nəfər var və ikincinin də tezliklə implantasiya olunacağı gözlənilir.

İlk çip 8 ildir iflic olan 29 yaşlı Noland Arbaugha implantasiya edilib və ona əhəmiyyətli hərəkət qabiliyyəti verib.

Neuralink texnologiyasının iflic olan xəstələrə hərəkətlilik təmin etməklə yanaşı, yaddaş itkisi, ruhi xəstəliklər və hətta korluq kimi bir çox problemin müalicəsində də istifadə oluna biləcəyi bildirilir.

Bununla yanaşı bu texnologiyanın bir çox etik və hüquqi problemləri də var. Şəxsi məlumatların təhlükəsizliyi, beyinin sındırılması və şəxsiyyətin itirilməsi kimi risklər Neuralinkin geniş şəkildə mənimsənilməsi üçün ən böyük maneələrdən biridir.

İlon Maskın 2026-cı ilə qədər min nəfərə çip quraşdırmaq məqsədi çox iddialı və çətin bir məqsəddir. Bu məqsədə nail olub-olmadığını zaman göstərəcək.

Xəbər lenti