ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Milli Konqresində sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Lent.az xəbər verir ki, Donald Tramp Miluaki şəhərində keçirilən Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib.
Konqres iştirakçıları Trampı alqışlarla qarşılayıblar. Qulağı sarğılı vəziyyətdə xalqın qarşısına çıxan Trampı elan etdiyi vitse-prezidentliyə namizəd Ceyms Deyvid Vens müşayiət edib.