Ankarada yaşayan 74 yaşlı İlyas Durum damar tıxanması səbəbilə 2000-2021-ci illər arasında iki dəfə baypass əməliyyatı keçirib və 27 dəfə anju olunub.
Lent.az xəbər verir ki, 2 həftə bundan əvvəl ürəyindəki narahatlıq səbəbilə xəstəxanaya müraciət edən Durumun ürəyində dəlik olduğu müəyyən olunub.
Əldə olunan məlumata görə Durum ilk dəfə 1995-ci ildə infarkt keçirib. O zaman Gülhanə Hərbi Tibb Akademiyasına aparılan Duruma elektroşok tətbiq edilərək ürəyi yenidən işə salınıb. Ürək problemləri sonradan təkrarlanan Durum 1999 və 2000-ci illərdə iki dəfə baypass əməliyyatı keçirib.
Vəziyyəti 2013-cü ildə yenidən pisləşib və 3,5 saatlıq əməliyyatla ürəyinə stent qoyulbu. Damar tıkanıqlığına görə 2000-2021-ci illər arasında 27 dəfə anju olunub.