Respublikaçıların Miluokidə keçirilən Milli Qurultayına getməzdən əvvəl Donald Tramp vitse-prezidentinin adını açıqlayıb.
Lent.az xəbər verir ki, Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, administrasiyada vitse-prezident postunu Ohayo ştatının senatoru Cey Di Vens ala bilər.
“Truth” sosial şəbəkəsindəki paylaşımında Tramp izah edib ki, o, Vensi ABŞ-ın vitse-prezidenti vəzifəsində işləməyə ən layiqli şəxs hesab edir.
Qeyd edək ki, Respublikaçıların qurultayı iyulun 15-də başlayıb, iyulun 18-dək davam edəcək.