IMG-LOGO

Cənubi Koreyada avtobusun dərəyə aşması nəticəsində 20-dən çox insan yaralanıb

02 Nov 2026 20:36 6 baxış
IMG

Cənubi Koreyada şirkətin 21 əməkdaşını daşıyan avtobus yoldan çıxaraq dərəyə aşıb.

"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 20 sərnişin yüngül xəsarətlər alıb və onlara hadisə yerində yardım göstərilib, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, avtobusun sürücüsü qəfildən idarəetməni itirərək yoldan çıxıb. İlkin məlumatlara görə, qəzanın səbəbi nəqliyyat vasitəsinin texniki nasazlığı ola bilər.

Polis yol-nəqliyyat hadisəsinin səbəblərini müəyyənləşdirmək üçün insidentin təfərrüatlarını araşdırır.

Mənbə: report.az

Xəbər lenti