Qırğızıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ölkəsinin Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
"Qırğızıstanla Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Bu münasibətlər davamlı siyasi dialoq, iqtisadi əlaqələrin fəallaşması və müxtəlif sahələrdə əməkdaşlığın ardıcıl genişlənməsi ilə xarakterizə olunur", - o deyib.
Səfirin sözlərinə görə, son illərdə ikitərəfli əməkdaşlıq strateji müstəviyə keçib və bir neçə istiqamətdə inkişaf edir.
"Yüksək səviyyəli müntəzəm təmaslar, birgə dövlətlərarası mexanizmlərin, o cümlədən Dövlətlərarası Şura, İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, eləcə də Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vasitəsilə konkret layihələrin həyata keçirilməsi uzunmüddətli tərəfdaşlığımızın möhkəmlənməsindən xəbər verir", - diplomat qeyd edib.
Məlumat yenilənir...
Mənbə: report.az