IMG-LOGO

Ukrayna əhalisi 15 milyon nəfərə qədər AZALACAQ

14.07.2024 21:35 54 baxış
IMG

Ukraynanın əhalisi 2100-cü ilə qədər 15,3 milyon nəfərə qədər azalacaq.

Lent.az xəbər verir ki, bu barədə BMT-nin “Dünya Əhali Prospektləri 2024” hesabatında məlumat yer alır.

Məlumatlar dünya ölkələrində demoqrafik göstəricilərə dair hesabat cədvəlində dərc olunub.

Bildirilib ki, 2020-ci ilə qədər Ukraynada 44 milyondan çox insan yaşayırdı.

BMT həmçinin hesab edir ki, 2084-cü ildə dünya əhalisi maksimum 10,3 milyard nəfərə çatacaq və sonra azalmağa başlayacaq.

Xəbər lenti