IMG-LOGO

“Xiaomi” avtomobil istehsal etmək hüququ əldə edib

14.07.2024 07:36 134 baxış
IMG

Çinin məşhur “Xiaomi” korporasiyası avtomobil istehsalçısı kimi vəsiqə qazanıb.

Lent.az xəbər verir ki, müvafiq icazə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilib.

Bundan sonra şirkət podratçıları cəlb etmədən müstəqil şəkildə avtomobilləri dizayn və istehsal etmək hüququna malikdir.

Qeyd edək ki, bu ilin mart ayında “Xiaomi” ilk avtomobili olan Super Ultra 7 elektrik avtomobilini satmağa başlayıb. Elektromobil Çinin BAIC korporasiyası ilə birgə istehsal edilib.

Göründüyü kimi, bundan sonra Xiaomi avtomobilləri müstəqil şəkildə istehsal edəcək.

Xəbər lenti