IMG-LOGO

Yəmən husilərin yaşayış rayonlarını minalamasına qarşı BMT-yə müraciət edib

30 Oct 2026 19:15 3 baxış
IMG

Yəmənin Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını (BMTİP) ölkənin yaşayış rayonlarının husilər tərəfindən minalanmasını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.

Nazirlik, xüsusilə kənd və digər yaşayış məntəqələrində minaların genişmiqyaslı şəkildə və konkret hədəf seçilmədən yerləşdirilməsini pisləyib. Qurum bu cür əməllərin humanitar nəticələrinə görə bütün məsuliyyəti husilərin üzərinə qoyub.

Mənbə: report.az

Xəbər lenti