IMG-LOGO

Bakıda minik maşını yük avtomobilə çırpıldı: ölən var

30 Oct 2026 09:23 45 baxış
IMG
0 0

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi “Lada Granta” markalı avtomobillə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi “Man “ markalı yük avtomobilin yarımqoşqusuna dəyib. Sürücü B.Nəcəfzadə aldığı xəsarətlərdən Neyrocərahiyyə klinikasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hadisələr yol qəzası ölüm cinayət işi

Mənbə: lent.az

Xəbər lenti