IMG-LOGO

Məşhur kino ulduzu vəfat etdi

11 Jul 2024 20:36 426 baxış
IMG

Məşhur amerikalı kino ulduzu Şelli Duvall 75 yaşında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, aktrisa Stenli Kubrikin “Parıltı”, eləcə də “Naşvill”, “Üç qadın” və “Enni Holl” kimi filmlərlə yadda qalıb.

O, şəkər xəstəliyinin ağırlaşması səbəbilə Texasdakı evində yuxuda ikən dünyasını dəyişib.

Aktrisa “Emmy” və “BAFTA” daxil olmaqla otuza yaxın mükafat və nominasiyaya layiq görülmüşdü. O həmçinin 1977-ci ildə “Kann Film Festivalı”nda Ən Yaxşı Qadın Oyunçu mükafatını alıb.

Xəbər lenti