IMG-LOGO

Cəlilabadda maşın 14 yaşlı piyadanı vurdu

10.07.2024 08:47 35 baxış
IMG

Cəlilabad rayonunda baş verən yol qəzasında yeniyetmə xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Cəlilabad şəhəri H. Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 2010-ci il təvəllüdlü M. Əmirzadəni avtomobil vurub.

Xəsarət alan yeniyetmə təcili olaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti