IMG-LOGO

Paşinyanın partiyasının ofisi yaxınlığında ATIŞMA BAŞ VERDİ

09.07.2024 21:47 13 baxış
IMG

Ermənistanın paytaxtı İrəvanda hakim “Mülki Müqavilə” partiyasının ofisi yaxınlığında atışma baş verib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, atəş açan şəxs “Samiko” pivə zavodunun sahibinin oğlu 26 yaşlı Armen G. olub.

Hadisə nəticəsində yaralanan şəxs isə 27 yaşlı İrəvan sakini İ. Arutyundur.

Yaralı Erebuni xəstəxanasına yerləşdirilib. Hadisənin səbəbləri açıqlanmayıb.

Xəbər lenti