IMG-LOGO

Telefonun enerjisi tez boşalır? – Sadəcə bu funksiyanı söndürün

09.07.2024 09:35 49 baxış
IMG

Bir çox istifadəçi telefonunun sarjının çox tez bitməsindən şikayətlənir.

Lent.az xəbər verir ki, buna adi bir funksiyanın aktiv olması səbəb ola bilər. Söhbət geolokasiyadan gedir. Bildirilir ki, ehtiyacınız olmadıqda onu söndürün.

Tövsiyəyə məhəl qoymasanız, batareyanın doldurulma səviyyəsi çox tez düşəcək.

Niyə geolokasiya həmişə pisdir?

Geolokasiyadan istifadə edən proqramlar smartfonunuzda quraşdırılıbsa, batareya şarjı çox yaxşı saxlamaya bilər. Səbəb sadədir. Müvafiq tələbi olan proqramlar işləmək üçün çoxlu enerji tələb edir.

Problem asanlıqla həll edilə bilər. Ehtiyacınız olmayan vaxtlarda geolokasiyanı söndürün.

Və unutmayın ki, bir çox proqramlar arxa planda işləyir. Onlar hətta qadcet sahibinin onlardan istifadə etmədiyi anlarda belə enerjini bitirə bilərlər. Buna görə də GPS-i söndürmək lazımdır. 

Yeri gəlmişkən, hansı proqramların geolokasiyadan istifadə etdiyini başa düşmək çox asandır. "Parametrlər" bölməsinə daxil olun. Daha sonra "Yer" bölməsinə və "Tətbiq icazələri" alt bölməsinə keçin.

Bəlkə də bəzi proqramların geolokasiyaya girişi qadağan edilməlidir.  

Xəbər lenti