IMG-LOGO

Baldız niyə baldan şirindir? - Doğru bildiyimiz yanlış

08.07.2024 15:37 101 baxış
IMG

Dilimizdə bir deyim var. “Baldız baldan şirindir” Niyə ailə içindəki bütün qohumlar arasında məhz baldız seçilir, ona şirin deyilir?  

Adətən gəlinlərlə baldızlar yola getmirlər, bəs baldızlara bu şirin kompliment haradan yaranıb?

Lent.az "Belə yaranıb" rubrikasında daha bir unudulmuş faktı yada salır.

Əslində bu məsəldə "baldız" yox, "daldız" sözü işlənib. Daldız balı qarışdırmaq üçün işlədilən xüsusi növ deşikli qaşığın adıdır.

Balı qarışdırdıqdan sonra daldızın deşikləri arasında qalan balı sorub, yalayanlar “daldız baldan şirindir” deyiblər. Zaman içində daldız kəlməsi unudulub və bilməyənlər da onu baldız şəklində işlədiblər.

Daldız sözünü Türkiyə türkləri indi də işlədirlər.

Xəbər lenti