Voronej vilayətinin azərbaycanlı icması Rusiya Silahlı Qüvvələrinin əsgəri Sahib Əsədullayevin ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edildiyi barədə məlumat yayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Borisoqlebsk şəhərinin sakini Sahib Yusif oğlu Əsədullayev iyunun 29-dan 30-na keçən gecə “Donetsk Xalq Respublikası” ərazisinə pilotsuz təyyarənin hücumu zamanı həmkarlarını təkbaşına müdafiə edərək qəhrəmancasına həlak olub.
20 yaşlı gənc altı yoldaşının həyatını xilas edib.