IMG-LOGO

Bakıda KLİNİKADA FACİƏ: sünnət olunan uşaq öldü

08 Jul 2024 11:45 177 baxış
IMG

Bakıda faciəli hadisə baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.

Oraya sünnət olunmaq üçün gətirilən Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib.

Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır. 

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. 

Mənbə: lent.az

Xəbər lenti