İtaliyada yerləşən Etna vulkanı 4-5 iyulda aktivləşərək kül və lava püskürməyə başlayıb.
Lent.az xəbər verir ki, Etna vulkanı atrıq bir neçə gündür ki, dayanmadan püskürməyə davam edir.
Etnanın yaydığı kül, vulkanın ətrafındakı yolların və Zafferana Etnea, Akireale və Giarre kimi yaşayış məntəqələrindəki küçələrin küllə örtülməsinə səbəb olub.
Etnanın yaydığı külün təxminən 5 kilometr yüksəkliyə çatdığı bildirilir.