IMG-LOGO

Qəzzada həlak olanların sayı 40 minə çatır

07.07.2024 16:43 51 baxış
IMG

Son sutka ərzində Qəzza zolağında 55 fələstinli ölüb, daha 123 nəfər yaralanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 38 153 nəfərə, yaralananların sayı 87 828 nəfərə çatıb.

Xəbər lenti