IMG-LOGO

Beyləqanda taxıl anbarının ərazisində yanğın oldu

07.07.2024 15:20 40 baxış
IMG

Beyləqan rayonunun Xaçınabad kəndində taxıl anbarının ərazisində ümumi sahəsi 300 m² olan qarajın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və “КамАЗ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti