İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.
Ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb.
Yekun statistikaya əsasən, 49,8% seçici fəallığı ilə Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib.
Pezeşkian 16 384 403 (53,6%) səs toplayaraq qalib gəlib.
Səid Cəlili isə 13 538 179 səs toplayıb.