IMG-LOGO

Qızıl nanozərrəciklərin xərçəngi məhv etdiyi məlum olub

05.07.2024 20:26 61 baxış
IMG

Polşa Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun (IFJ PAN) və Jeşuv Universitetinin (UR) alimləri xərçəng hüceyrələrini effektiv şəkildə məhv edən qızıl nanohissəcikləri aşkar ediblər.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri “Small” jurnalında dərc olunub.

Əvvəllər belə hesab edilirdi ki, nanohissəciklər xərçəng hüceyrələri ilə mübarizə üçün istifadə edilən nə qədər kiçik olsa, hüceyrələrə bir o qədər təsirli şəkildə nüfuz edir və onların ölümünə səbəb olur. Bununla belə, tədqiqat göstərdi ki, 10 nanometr ölçülü nanohissəciklər glioma hüceyrələri üçün praktiki olaraq zərərsizdir, ulduz formalı struktura malik 200 nanometrə qədər ölçüdə olan nanohissəciklərin isə ölümcül olfuğu məlum olub.

Tədqiqatlar göstərib ki, kiçik sferik nanozərrəciklər xərçəng hüceyrələrinə asanlıqla nüfuz edir, lakin onlar yenidən bərpa olunaraq yenidən bölünə bilirlər.

Tədqiqatçıların gələcək planlarına hissəciklərin kimyəvi tərkibi və yeni növ şişlər kimi əlavə parametrləri daxil etmək üçün modeli genişləndirmək daxildir. Alimlər həmçinin foto və proton terapiyasının effektivliyini optimallaşdırmağı planlaşdırırlar.

Xəbər lenti