Türkiyə parlamenti mülki aviasiya qanununa dəyişiklikləri, o cümlədən hava limanlarında sərnişinlərin yoxlanılması prosedurlarını sərtləşdirib.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Qeyd olunur ki, təhlükəsizlik əməkdaşları terminalın girişində və təyyarələrin minmə zonasının girişində sərnişinlərin əşyalarına baxış keçirə biləcəklər. Bu həm şəxsi baqaja, həm də elektron cihazlara aiddir.