IMG-LOGO

“Apple” şirkəti bu cihazların köhnəldiyini açıqladı

04.07.2024 19:29 10 baxış
IMG

“Apple” şirkəti üç məşhur cihazını artıq “vintage” kimi təyin etdiyini açıqlayıb. 

Lent.az xəbər verir ki, bu cihazlar uzun illər öz populyarlığını qoruyub saxlayıb. Ancaq artıq köhnəlmiş cihazlar arasına qoşulub. 

Çoxlarının ən yaxşı “iPhone” adlandırdığı “iPhone X” də tarixə qovuşan smartfonlar arasındadır.  

Bənzər aqibət 1-ci nəsil “AirPod”ların və orijinal “HomePod”un da başına gəlib. Əslində, üç cihazın hər biri öz sahəsində inqilab edib və uzun illər bir trenddə qalıb. 

Qeyd etmək lazımdır ki, “vintage” statusu heç bir şəkildə cihazın işinə təsir etməyəcək. Ancaq şirkətin mağazaları və səlahiyyətli xidmət təminatçıları artıq təmir xidmətləri təklif etməyəcəklər.

"Apple" köhnəlmiş cihazların siyahısını sonuncu dəfə iyun ayında yeniləyib. 

Xəbər lenti