IMG-LOGO

“Apple” 100 milyon “iPhone” satmağı hədəfləyir

04.07.2024 17:19 93 baxış
IMG

Amerikanın “Apple” şirkəti rekord sayda yeni “iPhone” satmağı planlaşdırır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, şirkət Tayvanlı tərəfdaş TSMC-dən 90-100 milyon yeni prosessor sifariş edib. 

Bu məlumatlardan belə nəticə çıxır ki, “Apple” 100 milyona qədər yeni “iPhone 16” seriyalı smartfon satmaq niyyətindədir.

Şirkət yeni smartfonların populyarlığına əmin olduqları üçün bu qədər cihazı sata biləcəklərinə inanır. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “Apple” tərəfdaşlarından 80-90 milyon ədəd çip sifariş edib. Xüsusilə, yeni cihazları dəstəkləyəcək süni intellekt (AI) “Apple Intelligence” funksiyaları sayəsində cihazlara tələbat artırılmalıdır.

Bütün yeni smartfonlar A18 prosessorlarında işləyəcək. Çox güman ki, baza modelləri çipin standart versiyasını, “iPhone 16 Pro” və “16 Pro Max” “A18 Pro“nun təkmil versiyasını alacaq. Üstəlik, bütün yeni nəsil qurğular ən azı 8 giqabayt operativ yaddaşla buraxılacaq. Bu, “Apple Intelligence” neyron şəbəkəsinin texniki tələbləri ilə bağlıdır.  

Xəbər lenti