IMG-LOGO

Piyadanı öldürən sürücü HADİSƏ YERİNDƏN QAÇDI

03.07.2024 10:46 101 baxış
IMG

Bakıda piyadanı vurub öldürən sürücü qaçıb.

Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində ərazisində qeydə alınıb.

Sadiq Abdullayev "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada Çimnaz Məmmədovanı vurub. Piyada hadisə yerindəcə həyatını itirib. 

Sürücü Sadiq Abdullayev isə hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb.  

Xəbər lenti