IMG-LOGO

Gündəlik istifadə edilən qablar təhlükəli ola bilər

02.07.2024 12:18 7 baxış
IMG

Məişət əşyaları ətraf mühitə təhlükə olmaqla yanaşı, sağlamlığınız üçün də təhlükə yarada bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Jinan Universitetinin (Çin) Ətraf Mühitin Çirklənməsi və Sağlamlıq Laboratoriyasının tədqiqatçıları plastik qablaşdırmanın günəş işığına məruz qalması zamanı buraxılan uçucu üzvi birləşmələrin (VOC) probleminə diqqət yetiriblər. Alimlər ultrabənövşəyi A radiasiyasına və günəş işığına məruz qalan altı növ plastik su şüşəsindən VOC-lərin buraxılmasını tədqiq ediblər.

Nəticələr göstərib ki, sınaqdan keçirilmiş bütün şüşələr müxtəlif konsentrasiyalarda olan alkanlar, alkenlər, spirtlər, aldehidlər və turşuların mürəkkəb qarışıqları buraxıb. Xüsusilə, ciddi sağlamlıq risklərini göstərən n-heksadekan kimi kanserogenlər də daxil olmaqla yüksək zəhərli VOC-lar aşkar edilib. 

Xəbər lenti