Audi tərəfindən verilən rəsmi açıqlamada ChatGPT dəstəyinin 2021-ci ildən sonrakı avtomobillərə şamil olunacağı bildirilir.
Lent.az xəbər verir ki, OpenAI tərəfindən hazırlanmış ChatGPT söhbət botu son zamanlar avtomobil istehsalçılarının sevimlisinə çevrilib.
Yeni modellərində ChatGPT dəstəyi təklif edən Peugeot və Volkswagen-dən sonra Audi də yeni planlarını açıqlayıb.
Audi avtomobillərinin səs idarəetmə imkanlarını təkmilləşdirmək üçün OpenAI-ın süni intellektə əsaslanan çatbotu, ChatGPT-ni məlumat-əyləncə sisteminə daxil edəcək.
Bu ilin iyul ayından etibarən ChatGPT dəstəyi 2021-ci ildən istehsal edilən və üçüncü nəsil məlumat-əyləncə sistemi ilə təchiz edilmiş təxminən iki milyon avtomobilə gələcək.
Audi avtomobil sahibləri avtomobilləri idarə edərkən danışıqdan istifadə edərək avtomobilləri ilə əlaqə saxlaya və süni intellektdən məlumat ala biləcəklər.