IMG-LOGO

Fransa 1/4 finalda

01 Jul 2024 22:03 100 baxış
IMG

Futbol üzrə Avropa çempionatında 1/4 finala vəsiqə qazanan növbəti komanda bəlli olub. 

Lent.az xəbər verir ki, günün ilk matçı Fransa və Belçika milliləri arasında keçirilib. 

Düsseldorf oynanan  qarşılaşmanı isveçli referi Qlenn Nyberq idarə edib.

Fransa Belçikanın müdafiəçisi Vertongenin avtoqolu sayəsində minimal hesabla qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

AVRO-2024 1/8 final 1 iyul

20:00. Fransa - Belçika 1:0

Qol: Vertongen, 85

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

Xəbər lenti