IMG-LOGO

AVRO-2024: İngiltərə Slovakiyanı məğlub edərək, 1/4 finala çıxdı

30.06.2024 22:58 9 baxış
IMG

AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

Lent.az xəbər verir ki, "pley-off"un ikinci günü Helzenkirhendə başlayıb.

İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib.

Futbolun yaradıcıları geri düşdükləri oyunda slovakiyalıları esktra-taymda məğlub edib - 2:1.

AVRO-2024

1/8 final 30 iyun 20:00. İngiltərə - Slovakiya 2:1 (İkinci hissə) Qol: Bellinqem, 90+5. Keyn, 91 - Şirtz, 25 Baş hakim: Halil Umut Meler (Türkiyə) Helzenkirhen. “Aufşalke Arena” Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.

Xəbər lenti