IMG-LOGO

Bakı-Sumqayıt marşrutlarında gedişhaqqı 70 qəpik oldu

30 Jun 2024 21:48 193 baxış
IMG

Bakı-Sumqayıt avtobus marşrutlarında bir gediş üzrə qiymət dəyişib.

Lent.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib. Qeyd edək ki, bundan öncə Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilmişdi.

Mənbə: lent.az

Xəbər lenti