IMG-LOGO

İzmirdə binada PARTLAYIŞ, 5 nəfər ölüb, 63 nəfər yaralanıb - FOTOLENT -VİDEO -YENİLƏNİB

30.06.2024 18:27 60 baxış
IMG

İzmirdə baş verən partlayışda 5 nəfər ölüb, 63 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb.

Məlumata görə, partlayış nəticəsində ərazidə 10 binaya ziyan dəyib. Daxili işlər naziri Əli Yerlikaya partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib.

 

***

18:08

 

Türkiyənin İzmir şəhərində Torbalı mahalının Ayrancılar səmtindəki binada qaz partlayışı ilə bağlı yeni məlumatlar var.

Lent.az CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyə daxili işlər naziri Əli Yerlikaya partlayış nəticəsində 35 nəfərin yaralandığını açıqlayıb.

İzmir valisi Süleyman Elban partlayışın sənaye silindrinin partlaması nəticəsində baş verdiyini bildirib. O, borunun partladığı binaya ciddi ziyan dəydiyi barədə məlumat paylaşıb.

 

***

17:32

Xəbərə video əlavə edilib.

***

17:09

 

Türkiyənin İzmir şəhərində Torbalı mahalının Ayrancılar səmtində bir binada təbii qaz partlayışı baş verib.

Lent.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Torbalı Bələdiyyə Başçısı Övünç Dəmirin verdiyi son məlumata görə, partlayış nəticəsində 4 nəfər həyatını itirib.

Məlumata görə, yerli vaxtla saat 15:00 radələrində Ayrancılar məhəlləsi Barış Manço küçəsində yerləşən çörək sexində partlayış olub. Təbii qazın səbəb olduğu bildirilən partlayışda çox sayda insan yaralanıb. Xəbər üzərinə jandarma, sağlamlıq, xilasetmə və bağışlayan qruplar ünvana sövq edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.

 

Xəbər lenti