IMG-LOGO

Putin Kim Çen Ina Cənubi Koreya ehtiyat hissələri olan limuzin hədiyyə edib

30.06.2024 13:01 57 baxış
IMG

Cənubi Koreyanın Kyungki Industrial Co şirkəti Rusiyaya “Aurus” üçün hissələri tədarük etməyə davam etdiyini təsdiqləyib.

Rusiya prezidenti Vladimir Putin iyunun 19-da Koreya Xalq Demokratik Respublikasına səfəri zamanı Kim Çen Ina Rusiyanın “Aurus” şirkətinin limuzinini hədiyyə edib. Avtomobil Cənubi Koreyadan olan ehtiyat hissələri ilə təchiz olunub. 

Lent.az bildirir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Agentlik müəyyən edib ki, 2018-ci ildən 2023-cü ilə qədər Rusiya ən azı 34 milyon dollar dəyərində “Aurus” avtomobilləri və motosikletlərinin istehsalı üçün avadanlıq və komponentlər idxal edib.

“Aurus” üçün hissələri Rusiyanın Ukraynaya tam miqyaslı işğalından sonra xaricdən gəlməyə davam edib, təkcə 2022-ci ilin fevral ayından təxminən 16 milyon dollar dəyərində mal idxal edilib, o cümlədən Cənubi Koreyadan 5 milyon dollar. Eyni zamanda, avtomobil istehsalçısı yalnız 2024-cü ilin fevralında ABŞ sanksiyalarına məruz qalıb.

Ümumiyyətlə, Cənubi Koreya şirkətləri “Aurus” üçün ən böyük komponent tədarükçüləri sırasındadır. Onların arasında sənaye avadanlıqları istehsalçısı “Kyungki Industrial”, avtomobil hissələri istehsalçısı BYT və akkumulyator təchizatçısı “Enertech International” var.

 “Kyungki Industrial”ın nümayəndəsi təsdiqləyib ki, şirkət “Aurus” üçün ehtiyat hissələri tədarük edib və bunu davam etdirir.

Tatarıstanda “Aurus” avtomobillərinin istehsalına 2021-ci ildə başlanılıb. Sovet ZIL limuzinindən sonra retro üslubda olan “Aurus Senat” Rusiyanın rəsmi prezident avtomobilidir və Putin tərəfindən 2018 və 2024-cü illərdə prezidentlik inaqurasiyalarında istifadə edilib. Ümumilikdə şirkət dörd avtomobil modeli istehsal edir.

Məlum olduğu kimi, Putin Kim Çen Ina ilk dəfə Kimin fevralda Rusiyaya səfəri zamanı iki “Aurus” avtomobili, iyunda KXDR-ə səfəri zamanı isə bir qədər fərqli model hədiyyə edib.

 

Xəbər lenti