İranda keçirilən növbədənkənar prezident seçkilərinin ilk turunda səslərin ilkin hesablamalarından sonra Məsud Pezeşkian liderdir.
Lent.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslaminin “IRIB” telekanalaında bildirdiyinə görə, ilkin məlumatlara görə, hazırda Pezeşkiyan 973 052, İran liderinin Respublika Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə 963 615 səsə malikdir.
Üçüncü yeri 341,056 səslə Məhəmməd Baqer Qalibaf və 15,625 səslə Mustafa Purməhəmmədi tutur. Ümumilikdə 2 372 866 səs hesablanıb.