IMG-LOGO

Kim Çen In koreyalıları Ukraynaya müharibəyə göndərməyi planlaşdırır – İDDİA

27.06.2024 15:55 60 baxış
IMG

Şimali Koreya lideri Kim Çen In şimali koreyalıları Ukraynaya döyüşmək üçün göndərməyi planlaşdırır.

Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” yazır.

Cənubi Koreyanın “Çosun” telekanalı xəbər verir ki, Pxenyan iyulda Ukraynanın işğal olunmuş ərazilərinə tikinti və mühəndis qoşunlarını köçürməyə hazırlaşır. Bu bölmələr rəsmi olaraq tikinti ilə məşğul olduqları halda, faktiki olaraq xaricdə işləyir, rejimə valyuta qazandırırlar. Onlar hazırda Çində yerləşirlər.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Pet Rayder Ukrayna ilə müharibədə Rusiya qoşunlarının böyük itkilər verdiyinə işarə edərək, belə bir qərarın müdrikliyinə şübhə etdiyini bildirib.

O qeyd edib ki, əgər Şimali Koreya ordusunun kadr siyasətinə rəhbərlik etsəydi, qoşunlarını “top yemi” kimi Ukraynaya qarşı qeyri-qanuni müharibəyə göndərmək qərarına şübhə ilə yanaşardı.

Qeyd edək ki, Şimali Koreya artıq Rusiyaya iki milyona yaxın artilleriya mərmisi və MLRS raketləri, ehtimal ki, ballistik raketlər də daxil olmaqla xeyli miqdarda hərbi texnika verib. İndi Şimali Koreya qoşunlarının hərbi əməliyyatlarda iştirakı Ukraynada müharibənin qızışmasında yeni mərhələ ola bilər.

 

Xəbər lenti