Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarı relsdən çıxıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində bir neçə vaqon çevrilib, azı 7 nəfər xəsarət alıb.
İlkin səbəb kimi dəmir yolu bəndinin su ilə yuyulması göstərilir.