ABŞ-ın çip istehsalçısı olan “Nvidia” bazar dəyərinə görə “Microsoft”-u geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.
Lent.az xəbər verir ki, Nasdaq birjasında satılan ABŞ-ın çip istehsalçısı “Nvidia”-nın səhmləri çərşənbə axşamı 3 faizdən çox dəyər qazanaraq bir səhm üçün 135,96 dollara yüksəldi.
Səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,34 trilyon dollara çatıb. Belə ki, “Nvidia”-nın səhmləri 170 faizdən çox dəyər qazanıb.
Beləliklə, Microsoft-un 3,32 trilyon dollarlıq bazar dəyərini keçən Nvidia, dünyanın ən dəyərli şirkəti oldu.
“Nvidia”-nın bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçdi.