IMG-LOGO

Dünyanın ən varlı futbolçusu klubsuz qaldı

24 Sep 2026 09:38 2 baxış
IMG
0 0

Bruney sultanının qardaşı oğlu və sərvətinə görə "dünyanın ən varlı futbolçusu" kimi təqdim edilən Faiq Bolkiah, Tailandın "Ratchaburi" klubu ilə müqaviləsi başa çatdıqdan sonra komandasız qalıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ən son Tailand Premyer Liqasında “Ratçaburi” klubunda oynamış 28 yaşlı cinah oyunçusunun, klubla müqaviləsi bir neçə həftə əvvəl başa çatıb və hələ yeni komanda ilə müqavilə imzalamayıb.

Məlumata görə, “AFC Newbury”, “Sauthempton”, “Çelsi” və “Mançester Siti”nin gənclər akademiyalarında yüksələn və karyerası boyunca Portuqaliyada “Maritimo”, Tailandda isə “Çonburi” və “Ratçaburi" komandalarında oynayan futbolçu Cənub-Şərqi Asiyada Bruney Darussalam Sultanlığının hakim ailəsinin üzvüdür. O, dünyanın ən varlı futbolçusu kimi futboldan qazandığı qazancla deyil, ailəsinin sərvəti ilə tanınır.

Bruney şahzadəsinin oğlu və Bruney sultanının qardaşı oğlu Faiq Bolkiahın sərvəti 18 milyard avronu keçib və bu da onu dünyanın ən varlı futbolçusu edir. ABŞ-ın Los-Anceles şəhərində anadan olan Faiq Bolkiah həm Bruney, həm də Amerika vətəndaşlığına malikdir və Bruney milli komandasında altı dəfə meydana çıxıb.  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti