IMG-LOGO

Kürdəmirdə "07" hərəkətdə olan "Kamaz"a çırpıldı

18 Jun 2024 08:33 137 baxış
IMG

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ient.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə “Kamaz” markalı yük maşını toqquşub.

Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti