Sentyabrın sonlarında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasının keçirilməsi nəzərdə tutulur.
Lent.az-ın xəbərinə görə, İdarə Heyətinin iclasında VIII Qurultayın tarixi barədə qərar veriləcək.
Xatırladaq ki, sentyabrın 22-də YAP mərkəzi qərargahında rayon təşkilatlarının sədrlərinin iclası keçirilib, qurultayla bağlı texniki məsələlər müzakirə olunub.
Qurultayın okyabrın birinci yarısında keçirilməsinin planlaşdırıldığı da müzakirələr zamanı qeyd edilib.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.
siyasət siyasi xəbərlərMənbə: lent.az