IMG-LOGO

Bakı–Qazax yolunda maşın kanala aşdı

23 Sep 2026 10:10 2 baxış
IMG
0 0

Ucarda yol qəzası olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bərdə şəhər sakini, 38 yaşlı Mehman Məmmədovun idarə etdiyi BMW markalı minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan sərnişin 41 yaşlı Roman Əsgərov xəsarətlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr yol qəzası Bakı-Qazax yolu

Mənbə: lent.az

Xəbər lenti