IMG-LOGO

Avstriya-Fransa oyununda bir qol vuruldu

18 Jun 2024 00:57 192 baxış
IMG

Futbol üzrə Avropa çempionatında D qrupunun ikinci qarşılaşması Fransa və Avstriya milliləri arasında baş tutub.

Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada fransızlar rəqibini 1-0 hesabı ilə üstələyib.

Oyunda yeganə qolu 38-ci dəqiqədə Maksimilian Vöber öz qapısına vurub.

Mənbə: lent.az

Xəbər lenti