IMG-LOGO

Serxio Ramos "Sevilya"dan ayrıldı

17 Jun 2024 19:01 184 baxış
IMG

38 yaşlı mərkəz müdafiəçisi Serxio Ramos müqaviləsinin başa çatması ilə əlaqədar "Sevilya"dan ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

““Sevilya” Serxio Ramosa klubumuzda göstərdiyi fədakarlıq, liderlik və maksimum öhdəliyinə görə təşəkkür edir və ona növbəti peşəkar çağırışında uğurlar arzulayır”.

Ramos ötən yay azad agent kimi "Sevilya"ya qayıdıb. Ötən mövsüm müdafiəçi əndəlusluların heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 2,5 milyon avrodur.

Mənbə: lent.az

Xəbər lenti