IMG-LOGO

Tramp İranı məhv etməklə hədələdi

20 Sep 2026 19:50 2 baxış
IMG
1 0

ABŞ Prezidenti Donald Tramp İranla bağlı qərarların qəbulunda həlledici mərhələyə daxil olduğunu bildirib.

Lent.az xəbər verir ki, Donald Tramp bunu “Fox News” telekanalına müsahibəsində söyləyib.

ABŞ Prezidenti İran hakimiyyətinin siyasətini dəyişməyəcəyi təqdirdə Tehrana ciddi nəticələrlə bağlı xəbərdarlıq etdiyini açıqlayıb: “Mənim sualım ondan ibarətdir ki, bütün ölkəni nə vaxt və məhv etməliyəmmi? Yaxşı davransalar, onlar üçün daha yaxşı olar”.

Donald Tramp İranla bağlı gələcək addımlar üçün bir neçə mümkün variantın olduğunu açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton ölkəni “məhv edə”, iqtisadiyyatının “çürüməsinə” imkan verə və ya razılaşma əldə etməyə cəhd göstərə bilər. ABŞ Prezidenti əlavə edib ki, “yaxın gələcəkdə çox ciddi hadisələr baş verəcək”.

Donald Tramp ABŞ Prezidenti İran

Mənbə: lent.az

Xəbər lenti