IMG-LOGO

Telefonu şarj cihazının naqilindən asmayın – Təhlükəlidir

15.06.2024 13:15 61 baxış
IMG

Bəzi istifadəçilər telefonu enerji yığmağa qoyarkən o, şarj cihazının kabelindən sallanır. Rozetka çox hündür yerdədirsə və qadceti yerləşdirmək üçün səth yoxdursa, insanlar bu addımı atırlar.

Lent.az xəbər verir ki, bu doğru hərəkət deyil. 

Telefonu sarj cihazından asmaq ciddi nəticələrə səbəb ola biləcək çox təhlükəli bir vərdişdir.

Sallanan smartfonda nə baş verə bilər?

Bu tənzimləmə ilə telefonun şarj cihazının yuvası boşaldıla bilər. Nəticədə smartfon artıq şarj cihazını tanımayacaq. Telefon təmir olunana qədər isə mobil cihazın batareyasını doldurmaq mümkün olmayacaq.

Smartfonunuzu təmir etməyə vaxt və pul sərf etmək istəmirsiniz? O zaman sarj edərkən onu heç vaxt kabeldən asmayın.   

Xəbər lenti