IMG-LOGO

Şəkillərdə kök görünən qadın fotoqrafı məhkəməyə verdi

19 Sep 2026 19:15 2 baxış
IMG
3 0

Rusiyanın Krasnodar şəhərində yaşayan qadın keyfiyyətsiz fotolara görə fotoqrafı məhkəməyə verib və kompensasiya qazanıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Valeriya adlı qadın Yeni il fotosessiyası sifariş edib. O, studiya, vizajist, stilist və fotoqraf üçün ümumilikdə 38 min rubl (765 manat 50 qəpik) ödəyib.

Lakin fotolar qadının xoşuna gəlməyib. Onun sözlərinə görə, şəkillərdə olduğundan daha kök görünüb.

Qadın fotoqrafa qarşı məhkəmə iddiası qaldırıb və müqavilə pozuntusuna görə cərimə pulu, faizlər, cərimə, hüquqşünas xərcləri və mənəvi zərər daxil olmaqla ümumilikdə, 300 min rubl (6 043 manat) tələb edib.

Məhkəmə qadının iddiasını qismən təmin edib və fotoqrafın narazı müştəriyə 85 min rubl (1 712 manat) ödəməsinə qərar verib.

Hadisələr məhkəmə işləri məhkəmə qərarları fotoqraflar Rusiya

Mənbə: lent.az

Xəbər lenti