IMG-LOGO

Bakıda FACİƏ: 2 nəfər dənizdə batdı

19 Sep 2026 17:45 2 baxış
IMG
3 0

Bakıda 2 nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində, nəzarətsiz ərazidə qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Hadisələr suda batmaq dənizdə boğulmaq Bilgəh

Mənbə: lent.az

Xəbər lenti