IMG-LOGO

Tanınmış vəkilin Azərbaycandan çıxışına QADAĞA - Özü DANIŞDI

19 Sep 2026 14:02 3 baxış
IMG
0 0

Məşhur vəkilin Azərbaycandan çıxışına məhdudiyyət tətbiq edilib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, “Məmmədli” hüquq mərkəzi MMC-nin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 18 min 33 manat vergi borcu yaranıb. Borcların ödənilməsi ilə bağlı hüquq mərkəzinə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Nəticədə aidiyyəti dövlət qurumu tərəfindən “Məmmədli” hüquq mərkəzinin direktoru, 32 yaşlı Aqşin Məmmədliyə qarşı iddia qaldırılıb. İddiada bildirilib ki, qeyd olunan 18 min 33 manat vergi borcu tam ödənilənədək onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunsun.

Məhkəmə iddianı təmin edib və borclar tam ödənilənədək Aşqin Məmmədlinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Məsələ ilə bağlı Lent.az vəkil Aqşin Məmmədli ilə əlaqə saxlayıb. O bildirib ki, rəhbəri olduğu MMC-nin dövlət büdcəsinə öhdəlikləri var və qısa zamanda borc ödəniləcək.

Hadisələr vergi borcları məhkəmə işləri məhkəmə qərarları vəkillər hüquqşünaslar

Mənbə: lent.az

Xəbər lenti