IMG-LOGO

Seçicilər ayılara görə səsverməyə gedə bilmir

19 Sep 2026 12:43 3 baxış
IMG
2 0

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində sakinlərin seçki məntəqələrinə gedib-gəlməsi üçün xüsusi nəqliyyat təşkil ediləcək.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət yaşayış məntəqələrinə ayıların tez-tez daxil olması səbəbindən bu qərarı qəbul edib.

Məlumata görə, son sutka ərzində bölgədə sakinlər vəhşi ayıların görünməsi ilə bağlı 56 hadisə barədə məlumat veriblər.

Bölgədə saat 19:00-dan sonra küçəyə çıxmağı qadağan edən komendant saatı tətbiq olunub. Seçki məntəqələri isə saat 20:00-dək açıq olduğundan vətəndaşların təhlükəsiz şəkildə məntəqələrə çatdırılması və geri qaytarılması üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq.

Hadisələr Rusiya səsvermə seçki

Mənbə: lent.az

Xəbər lenti