IMG-LOGO

İtaliyanın əfsanəvi futbolçusu vəfat etdi

19 Sep 2026 09:42 4 baxış
IMG
2 0

“İnter” klubu keçmiş hücumçusu, bütün futbolçu karyerasını Milan təmsilçisində keçirən Sandro Mazzolanın vəfat etdiyini açıqlayıb. O, 83 yaşında dünyasını dəyişib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, klubun açıqlamasında bildirilir ki, Mazzola futbol tarixinin ən böyük oyunçularından biri olub. O, təkcə “İnter” tarixinin deyil, bütövlükdə futbol tarixinin önəmli simalarından sayılırdı. Hələ uşaq yaşlarında kluba qoşulan Mazzola bütün karyerası ərzində “İnter”ə sadiq qalıb.

Sandro Mazzola 1960-1977-ci illərdə “İnter”in heyətində 567 oyuna çıxıb, 162 qol vurub və 15 məhsuldar ötürmə edib.

O, İtaliya millisinin heyətində isə 70 qarşılaşmada iştirak edib və 22 qol vurub.

İdman xəbərləri futbol

Mənbə: lent.az

Xəbər lenti